Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə ekipajsız gəmilər istehsal etməyi planlaşdırır. Trend-in məlumatına görə, ekipajsız gəmilərin istehsalı ilə Türkiyənin gəmi tikintisində ixtisaslaşmış "OES Denizcilik" şirkətinin məşğul olacağı bildirilir.
Məlumata görə, 2018-ci ildə həmin ekipajsız gəmilərin ilk prototipi hazır olacaq.
Qeyd edək ki, bundan öncə Türkiyə pilotsuz qırıcı təyyarələr istesal edəcəyi barədə bəyanat vermişdi.