...

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib (FOTO)

Hadisə Materials 14 Mart 2018 18:25 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99 JH 641 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.

Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.

Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti