...

Azadlıq prospektində vurulan piyada öldü

Hadisə Materials 16 Mart 2018 14:08 (UTC +04:00)
Martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Azadlıq prospektində vurulan piyada öldü

Bakı. Trend:

Martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti