...

Ağsuda 10 yaşlı uşağı maşın vurub

Hadisə Materials 22 Mart 2018 13:25 (UTC +04:00)
Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağsuda 10 yaşlı uşağı maşın vurub

Bakı. Trend:

Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 20-də saat 14 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəflətən yola çıxmış kənd sakini 10 yaşlı Ramil Abışovu vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti