...

Füzulidə aşan maşın yandı: iki nəfər öldü

Hadisə Materials 2 Aprel 2018 13:39 (UTC +04:00)
Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Füzulidə aşan maşın yandı: iki nəfər öldü

Bakı. Trend:

Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 1-də saat 17 radələrində Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində qəsəbə sakini Yusif Dadaşzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və zərbədən yanğın baş verib.

Nəticədə Y.Dadaşzadə və sərnişinlərindən qəsəbə sakini Rəşad Rüstəmov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar RPŞ tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti