...

Bərdə sakinlərindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu

Hadisə Materials 4 Aprel 2018 13:37 (UTC +04:00)
Hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən Bərdə rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini Elnur Quliyev saxlanılıb.
Bərdə sakinlərindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu

Bakı. Trend:

Hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən Bərdə rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini Elnur Quliyev saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, saxlanılanlar Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinir.

Şəxsi axtarış zamanı əvvəllər məhkum olunmuş N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti