...

Avtovağzalda 4 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 4 Aprel 2018 15:38 (UTC +04:00)
Qazaxda avtovağzal ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Avtovağzalda 4 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Qazaxda avtovağzal ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən avtovağzal ərazisinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti