Bakı. Trend:
Sumqayıt şəhərində avtomobil təmiri sexi yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 1700 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 100 m² sahədə, sexin içərisində olan 3 ədəd minik avtomobilinin yanar hissələri qismən yanıb.
Sexin qalan hissəsi və digər 3 minik avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülub.