Bakı. Trend:
Sankt-Peterburq-Yerevan aviareysində ölüm hadisəsi olub.
Trend-in məlumatına görə, Sankt-Peterburqdan Yerevana uçan təyyarə Ermənistan paytaxtına eniş edən zaman sərnişinlərdən biri göyərtədə keçinib.
39 yaşlı Ermənistan vətəndaşı Artak Vanesyanın infarktdan öldüyü ehtimal edilir.
Bildirilir ki, Vanesyana ekipaj üzvləri və həmin reyslə uçan həkim ilkin yardım göstərsələr də, nəticəsiz olub.