Bakı. Trend:
Tailandda ikimərtəbəli avtobus qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində 6 myanmalı fəhlənin həlak olduğu bildirilib.
Məlumata görə, daha 44 nəfər xəsarət alıb və onlardan 28-nin vəziyyəti ağır qiymətləndirilir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi olaraq ilkin ehtimallara görə, yüksək sürət olub.