Bakı. Trend:
Avstraliyanın Port-Makkuori şəhərində yerləşən Çarlz Stüart universitetində təhsil alan 6 əcnəbi tələbə saxlanılıb.
Trend-in məlumatına görə, onların saxlanılmasına səbəb universitetin kitabxanasında gizli şəkildə məskunlaşmaları olub.
Tələbələrdən biri ifadəsində deyib ki, onlar şəhərdə kirayə mənzil və boş yataqxana tapa bilmədikləri üçün bu addımı atmaq məcburiyyətində qalıblar.
Tələbələr barəsində hansı imkan tədbirinin seçildiyi məlumat verilmir.