Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyevdə partlayış olub.
Trend-in məlumatına görə, hadisə “Kiyevenerqo”nun binasının qarşısında baş verib.
Hal-hazırda polis insidentin səbəblərinin araşdırır.
Hadisənin yerli vaxtla saat 00:40-da qeydə alındığı bildirilir.
Məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb, lakin binanın fasadına zərərə dəyib.