Bakı. Trend:
Peruda sərnişin avtobusu dərəyə düşüb.
Trend-in məlumatına görə, hadisə ölkənin cənubunda yerləşən Arekipa departamentində baş verib.
İnsident nəticəsində ən azı 7 nəfərin həlak olduğu bildirilir.
Məlumata əsasən daha 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.