...

Gəncədə mənzildən 30 min dollar oğurlandı

Hadisə Materials 24 Aprel 2018 11:28 (UTC +04:00)

Bakı. Trend:

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A.Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti