Bakı. Trend:
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-dən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.