...

Sabunçuda seyf oğurlayan Əli Hüseynov və Vüsal Kərimli saxlanılıb

Hadisə Materials 26 Aprel 2018 15:30 (UTC +04:00)
Sabunçuda inzibati binadan seyf oğurlanıb.
Sabunçuda seyf oğurlayan Əli Hüseynov və Vüsal Kərimli saxlanılıb

Bakı. Trend:

Sabunçuda inzibati binadan seyf oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti