...

Nazirlik Neftçalada reyd keçirdi - məsələni Baş Prokurorluq araşdıracaq

Hadisə Materials 27 Aprel 2018 09:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlik Neftçalada reyd keçirdi - məsələni Baş Prokurorluq araşdıracaq

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 kub.m həcmində qumun qazılaraq aparıldığı, 600 kub.m həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti