Bakı. Samir Əli - Trend:
Bakının Nəsimi rayonunda həyət evlərində baş verən yanğın söndürülüb.
Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb edilib və yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir-birinə bitişik olan bir neçə evə ziyan dəyib.
Qeyd edək ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evlərində qeydə alınan yanğının qısaqapanmadan baş verdiyi bildirilir.