Bakı. Trend:
Şirvanda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan şəhərində ümumi sahəsi 324 m2 olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları, hamam otağında məişət əşyaları və 2-ci mərtəbədə 1 otağın döşəməsi, ev əşyaları 20 m2 sahədə yanıb.
Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.