...

İki avtomobil toqquşdu, sürücülər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 10 May 2018 19:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Düz Çırdağan kəndində olub.

Kənd sakini, 1986-cı il təvəllüdlü Bağırov Nizaməddin Səfaləddin oğlunun idarə etdiyi avtomobillə rayonun Cəlilli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Azəddin Leysan oğlunun idarə etdiyi avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti