...

Pakistanda hoteldə PARTLAYIŞ

Hadisə Materials 11 May 2018 14:02 (UTC +04:00)
Pakistanın şimal-şərqindəki Peşəvər şəhərində hotellərin birində baş vermiş partlayış nəticəsində bir ailənin 5 üzvü həlak olub.
Pakistanda hoteldə PARTLAYIŞ

Bakı. Trend:

Pakistanın şimal-şərqindəki Peşəvər şəhərində hotellərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində bir ailənin 5 üzvü həlak olub. Məlumata görə, insident nəticəsində daha iki nəfər xəsarət alıb.

Polis partlayışla bağlı hazırda iki versiya üzərində işləyir. Hadisənin partlayıcı qurğunun işə düşməsi və ya qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Digər təfərrüatlar hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti