...

Lerikdə 75 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 23 May 2018 10:30 (UTC +04:00)
Lerikdə qanunsuz ağackəsmə ilə bağlı şəxslər müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb ediləcək
Lerikdə 75 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaşköküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Həmin faktla bağlı Baş prokurorunun birinci müavini tərəfindən 18 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağackəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.

Hazırda qanunsuz ağackəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti