...

Azərbaycanda 5,5 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 6 İyun 2018 02:43 (UTC +04:00)
Zaqatala ərazisində 5,5 bal gücündə təkanlar qeydə alınıb.
Azərbaycanda 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Mərkəzi ölkənin şimal-qərbində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in mərkəzin saytına istinadən verdiyi məlumata görə, saat 22:40-da Zaqatala ərazisində 5,5 bal gücündə təkanlar qeydə alınıb.

Zəlzələ 12 kilometr dərinlikdə meydana gəlib.

Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

Yeraltı təkanlar, həmçinin Ermənistanın şimal-şərqində, Gürcüstanda və Dağıstanda hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti