...

Bir gündə yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Hadisə Materials 3 İyul 2018 12:41 (UTC +04:00)
İyulun 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Bir gündə yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

İyulun 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 7-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti