...

Cəzaçəkmə müəssisəsində həyat yoldaşının yanına gələn qadının saçında narkotik maddə aşkarlanıb

Hadisə Materials 5 İyul 2018 10:35 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsində həyat yoldaşının yanına gələn qadının saçında narkotik maddə aşkarlanıb

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti