...

Xəzərdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 6 İyul 2018 11:11 (UTC +04:00)
Bakı şəhərinin Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Babayev Emin Kənan oğlunun axtarışları başa çatıb.
Xəzərdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

İlk xəbər saat 08:43-də yayımlanıb

Bakı şəhərinin Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Babayev Emin Kənan oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, E.Babayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

08:43

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti