...

Çin təşvişdə - "Mariya" yaxınlaşır

Hadisə Materials 10 İyul 2018 12:05 (UTC +04:00)
Çinin şərqindəki Futszyan əyalətində “Mariya” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, “qırmızı” kateqoriyalı xəbərdarlıq verilib
Çin təşvişdə - "Mariya" yaxınlaşır

Bakı. Trend:

Çinin şərqindəki Futszyan əyalətində “Mariya” tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, “qırmızı” kateqoriyalı xəbərdarlıq verilib.

Trend-in məlumatına görə, yaxın saatlarda tayfunun Tayvanı və Futszyan əyalətini əhatə edəcəyi gözlənilir.

Qeyd olunur ki, tayfunun episentrində küləyin sürəti saniyədə 52 metrə çatır.

Sahil bölgəsində yaşayan sakinlərə təxliyə prosesinə hazır olmaları tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti