...

Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim oldu

Hadisə Materials 28 İyul 2018 13:00 (UTC +04:00)
Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib
Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim oldu

Bakı. Trend:

Atasını və ögey anasını vuran Ağcabədi sakini könüllü təslim olub.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.

Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Dilarənin vəziyyəti orta-ağırdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti