...

Paytaxtda əcnəbilərin qaldığı mənzillərdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 2 Avqust 2018 12:23 (UTC +04:00)
Paytaxtda əcnəbilərin qaldığı mənzillərdən oğurluq edən şəxs tutulub
Paytaxtda əcnəbilərin qaldığı mənzillərdən oğurluq edən şəxs tutulub

Bakı. Trend:

“102-Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzillərin birindən 3 ədəd velosiped, digərindən isə mobil telefon, ətir və tütün məmulatının oğurlandığı müəyyən edilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev olduğu müəyyən edilib.

Oğurlanmış velosipedlər və mobil telefon maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti