Bakı. Trend:
Gəncədə yanğın qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Gəncə şəhərinin Nizami rayonununda ümumi sahəsi 70 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.