...

Lerikdə daha bir zəlzələ olub (YENİLƏNİB)

Hadisə Materials 28 Avqust 2018 18:23 (UTC +04:00)
İlkin məlumatlara görə yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.
Lerikdə daha bir zəlzələ olub (YENİLƏNİB)

Bakı. Trend:

Lerikdə daha bir zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Yerli vaxtla 17:01:49-da Lənkəran stansiyasından 12 km cənub-qərbdə zəlzələ baş verib.

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

XXX

17:13

Lerikdə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, təkanlar yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Dərinliyi 15 kilometr olan zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti