...

Azərbaycanda xarici vətəndaşa məxsus mağazadan 17 min dollarlıq oğurluq olub (FOTO)

Hadisə Materials 14 Sentyabr 2018 16:13 (UTC +04:00)
Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb.
Azərbaycanda xarici vətəndaşa məxsus mağazadan 17 min dollarlıq oğurluq olub (FOTO)

Bakı. Trend:

Türkiyə vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17 min dollar məbləğində pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.

Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti