...

Antalyada meşə yanır

Hadisə Materials 17 Sentyabr 2018 15:11 (UTC +04:00)
Türkiyənin Antalya vilayətində meşə yanğını baş verib.
Antalyada meşə yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya vilayətində meşə yanğını baş verib.

Trend-in məlumatına görə, yanğının qarşısının alınması üçün yanğınsöndürənlərlə yanaşı vertolyotlar da havaya qaldırılıb.

Yanğının hansı səbədən baş verməsi hələ məlum deyil.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 13-də Türkiyənin Hatay vilayətində yanğın baş vermişdi.

Türkiyə ərazisinin 27,6 faizini meşələr təşkil edir. Ölkədə 1937-ci ildən bəri 68 mindən çox meşə yanğını qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti