...

Bakıda kafedə adam bıçaqlayan şəxsə 7 il cəza verildi

Hadisə Materials 17 Sentyabr 2018 18:02 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Eldar Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda kafedə adam bıçaqlayan şəxsə 7 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Eldar Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Xəlilov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, E.Xəlilov Bakıda yerləşən kafelərin birində İlham Hüseyni adlı şəxsi bıçaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti