...

Sabunçuda qəza olub, nənə və nəvəsi ölüb

Hadisə Materials 29 Sentyabr 2018 14:32 (UTC +04:00)
Sabunçu qəsəbəsi ərazisində “Zil-130” markalı avtomobillə paytaxt sakinləri Güllü Salmanova və onun azyaşlı nəvələri vurulub.
Sabunçuda qəza olub, nənə və nəvəsi ölüb

Bakı. Trend:

Sabunçuda baş verən yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.

Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti