Bakı. Trend:
Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.