...

2 nəfərin xəsarət almasında təqsirləndirilən sürücü apelyasiya şikayəti verdi

Hadisə Materials 3 Oktyabr 2018 10:32 (UTC +04:00)
Horadiz-Hacıqabul yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilən sürücü Sabit Nəsirov İmişli rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
2 nəfərin xəsarət almasında təqsirləndirilən sürücü apelyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Horadiz-Hacıqabul yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilən sürücü Sabit Nəsirov İmişli rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Bu barədə Trend-ə açıqlamasında S.Nəsirovun vəkili Əli Hüseynov deyib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs hakimin qərarı ilə razı deyil və artıq şikayət Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunub: hadisə nəticəsində zərərçəkmiş ictimai təhlükə olmayan xəsarət alıb və bu da təqsirləndirilən şəxsin məhkum olunmasına əsas verimir: "Hadisədə təkcə Sabit Hüseynov təqsirkar deyil. O, 17,5 metr uzunluğunda avtomobillə baş yola çıxarkən cəmi 35 saniyə yolun hərəkət hissəsini bağlayıb. Baş yolla hərəkət edən "Mercedes" markalı avtomobil isə yüksək sürətlə hərəkət etdiyindən "DAF"a çırpılıb. Hadisə nəticəsində də ciddi xəsarət yoxdur. Azərbaycanın məhkəmə təcrübəsində bu cür hadisələrdə təqsirləndirilən şəxsə həbs cəzası verilmir. Biz hakimdən bəraət hökmü gözlədiyimiz halda, o əsassız olaraq həbs qətimkan tədbiri seçdi".

Xatırladaq ki, İmişli rayon Məhkəməsində hakim Qurban Hacıyevin sədrliyi ilə keçirilən prosesdə S.Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il noyabrın 4-də Hacıqabul-Horadiz avtomobil yolunun 103-cü kilometrliyində baş verib.

Nəsirov Sabit Ramiz oğlu idarə etdiyi 99-FM-565 dövlət nömrə nişanlı "DAF" markalı yük avtomobilini idarə edərkən Araz çayının üzərində 2-ci dərəcəli yoldan baş yola keçmək istəyərkən baş yolla hərəkət edən 30-BG-811 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü Qəmbərov Azad Gülmalı oğlu və sərnişini Hüseynov Əhmədxan Ədalət oğlu yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti