...

Bakıda 55 yaşlı kişiyə bıçaqla hədə-qorxu gəldilər: Telefonunu ver!

Hadisə Materials 6 Oktyabr 2018 11:39 (UTC +04:00)
Bakıda Füzuli rayon sakininə küçədə hücum edilib.
Bakıda 55 yaşlı kişiyə bıçaqla hədə-qorxu gəldilər: Telefonunu ver!

Bakı. Samir Əli - Trend:

Bakıda Füzuli rayon sakininə küçədə hücum edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Füzuli rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Alı Baxış oğlu ərizə ilə Nizami Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 4-də saat 14 radələrində rayonun Bəhruz Nuriyev küçəsi 71 ünvanının qarşısında özünü Namiq adı ilə təqdim edən şəxs digər naməlum şəxslə birlikdə onu bıçaqla hədələyərək əlindəki "Samsung -J2 Prima" markalı mobil telefonunu verməsini tələb ediblər.

A.Əliyev dərhal onlardan qaçdığı üçün quldurluq edən şəxslər ondan telefonu ala bilməyiblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti