Bakı. Trend:
Gəncədə çay evi yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, şəhərində ümumi sahəsi 50 kv.m olan tikilinin (fəaliyyət göstərməyən çay evi) giriş qapısı və içərisində avtomobil təkəri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.