...

Kanada 7 bala yaxın zəlzələ ilə oyandı

Hadisə Materials 22 Oktyabr 2018 10:44 (UTC +04:00)
Kanadada 6,8 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Kanada 7 bala yaxın zəlzələ ilə oyandı

Bakı. Trend:

Kanadada 6,8 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Geoloji Xidmət xəbər yayıb.

Qeyd edək ki, bir neçə saat öncə Vankuver adası sahillərində 6,6 bal gücündə yeraltı təkanlar baş vermişdi. Səhər saatlarında baş vermiş ilk zəlzələnin yerin 11 km dərinliyində qeydə alındığı bildirilib.

Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat verilməyib. Eləcə də sunami xəbərdarlığı edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti