Bakı. Trend:
Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də saat 22 radələrində Ağdam rayon sakini Məhəmməd Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 28-də orada ölüb.