...

Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb

Hadisə Materials 31 Oktyabr 2018 17:57 (UTC +04:00)
Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb
Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb

Bakı. Trend:

Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.

Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti