...

İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb

Hadisə Materials 6 Noyabr 2018 13:12 (UTC +04:00)
İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb.
İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb

Bakı. Elçin Mehdiyev – Trend:

İraq səfirliyi ölkə vətəndaşlarını təhsil adı ilə aldadaraq Azərbaycana gətirən şəxslə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yusif əl-Haşimi adlı şəxs 40-a yaxın iraqlı tələbənin hər birindən 5000 ABŞ dolları alaraq onları Azərbaycanda Tibb Universitetinə yerləşdirəcəyini deyib və nəticədə yalnız dil kurslarına yerləşdirib.

İraqlı rəsmi qeyd edib ki, həmin tələbələrdən bir qismi səfirliyin vasitəsilə yenidən təhsil haqqı ödəmək müqabilində universitetə yerləşdirilib.

Diplomatın sözlərinə görə, bu hadisələrdən sonra həmin şəxsə İraq Təhsil Nazirliyi tərəfindən verilən lisenziya ləğv edilib, nəticədə o səfirliyə hücum edib: "Səfirliyin müraciəti ilə həmin şəxs polis tərəfindən iki günlük həbs edilib. Daha sonra həmin şəxs İraqdan jurnalistin Azərbaycana gəlməsini təşkil edərək şəxsən səfirlə bağlı doğru olmayan reportaj yayımlayıb".

Səfirlik həmin jurnalist və tələbə təşkili ilə məşğul olan hər iki şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti