...

Qubada “Lada Priora”nı qaçıran şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 7 Noyabr 2018 15:09 (UTC +04:00)
Qubada avtomobil qaçıran saxlanılıb.
Qubada “Lada Priora”nı qaçıran şəxs saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Qubada avtomobil qaçıran saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti