Bakı. Trend:
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.