Bakı. Trend:
Masallıda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, yanğın rayonunun Qızılavar kəndində baş verib.
Məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.