Bakı. Trend:
Çinin Şandun vilayətində fabrikin anbarında partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində 6 nəfərin öldüyü, daha 5 nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, partlayış "Xueyfen" şitkərinə məxsus anbarda səhər saatlarında baş verib.
Partlayış zamanı içəridə neçə adamın olduğu dəqiq məlum deyil, bu səbəbdən ölü və yaralı sayının artması istisna edilmir.
Partlayışın səbəbləri hələ məlum deyil.