...

FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib (YENİLƏNİB)

Hadisə Materials 12 Noyabr 2018 13:45 (UTC +04:00)
Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.
FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib (YENİLƏNİB)

İlk xəbər saat 13:00-da yayılıb

Bakı. Trend:

Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti