Bakı. Trend:
Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 21-də saat 16 radələrində Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişini Etimad Əzizov xəstəxanaya yerləşdiriliblər. E.Əzizov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.