Bakı. Trend:
Qazax rayonunun Daş Salahlı kəndində yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.